​"Paris Sen-Jermen"in rəhbərliyi zədələnərək uzun müddətə sıradan çıxan Xviça Kvaratsxeliyanın yerini daxili imkanlar hesabına doldurmağı planlaşdırır.

​Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi gürcü ulduzun yoxluğunda gənc vinger Mika Qodtsa əsas heyətdə daha çox şans vermək niyyətindədir. Rəhbərlik və məşqçilər korpusu belçikalı futbolçunun potesialına tam inanır və hücum xəttindəki boşluğu onun bağlayacağına ümid edir.

​PSJ Kvaratsxeliyanın yerinə dərhal eyni səviyyəli və baha qiymətə birbaşa əvəzləyici almağı zəruri hesab etmir.

​Buna baxmayaraq, klub transfer pəncərəsində passiv qalmayacaq. Rəhbərlik münasib qiymətə əldə edilə bilən, yüksək potensiala malik gənc oyunçuları yaxından izləyir.

​Yayda "Ayaks"dan transfer edilən 21 yaşlı Mika Qodts üçün bu situasiya əsas heyətdə mövqeyini möhkəmləndirmək və özünü tam göstərmək üçün böyük şans hesab olunur.