Hövsan Yarış Kompleksində keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın beşinci günündə Azərbaycan millisi iki qarşılaşmaya çıxıb.

Offsideplus.az xəbər verir ki, günün ilk yarısında Çiliyə 1:3 hesabı ilə uduzan gənc futbolçularımız axşam matçında Cəbəllütariq yığmasını 5:1 hesabı ilə məğlub ediblər.

AFFA prezidenti Rövşən Nəcəf, FIFA prezidenti Canni İnfantino və Hakimlər Komitəsinin sədri Pierluici Kollina kompleksi ziyarət edərək oyunları izləyib, futbolçularla söhbət ediblər.

Ümumilikdə 192 matçın baş tutduğu çempionat oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final qarşılaşması ilə yekunlaşacaq.