​"Ayaks"ın 17 yaşlı parlaq istedadı Abdellah Ouazane ətrafında gərginlik pik həddə çatıb.

Offsideplus.az xəbər verir ki, kontraktın uzadılması danışıqlarında maliyyə tələbləri səbəbindən böhran yaşanır.

​Niderland təmsilçisi gənc futbolçunun 2028-ci ilə qədər olan müqaviləsini daha uzunmüddətli etmək istəsə də, oyunçunun nümayəndələrinin qoyduğu şərtlər klub rəhbərliyini geri addım atmağa məcbur edib.

​Ouazanenin təmsilçiləri müqavilənin uzadılması müqabilində mövsümlük 4 - 5 milyon avro civarında maaş tələb edirlər. 17 yaşlı futbolçu üçün bu rəqəm "Ayaks" standartları üçün kifayət qədər yüksək hesab olunur.

​Klubun idman direktoru Jordi Kroyf bu tələbləri qarşılamaq mövzusunda tərəddüd edir. Rəhbərlik gənc oyunçuya bu qədər yüksək məbləğ verməklə komandadakı maaş balansının pozulacağından ehtiyatlanır.

​Yaşanan bu anlaşılmazlıq Avro-klubların diqqətindən qaçmayıb. "Çelsi", "Mançester Siti", "Real Madrid" və "Yuventus" niderlandlı gəncin durumunu yaxından izləyir və danışıqlar tamamilə pozularsa, rəsmi təkliflə hərəkətə keçməyə hazırlaşırlar.