UFC-nin sabiq çempionu və hazırda şərhçi kimi fəaliyyət göstərən Daniel Kormye Aleksandr Volkovun titul döyüşünə çıxması üçün iki əsas şərt olduğunu bildirib. Onun sözlərinə görə, Volkov Rizvan Kuniev üzərində parlaq qələbə qazandıqdan sonra ağır çəkidə əsas iddiaçı statusunu möhkəmləndirib. Lakin Kormye qeyd edib ki, yalnız Tom Aspinall noyabrda keçiriləcək titul döyüşündən dərhal sonra geri qayıtmasa və Aleks Pereyra Sergey Pavloviçi nokaut etməsə, Volkovun titul şansı reallaşa bilər.

Offsideplus.az xəbər verir ki, Pereyra ilə Pavloviç arasında qarşılaşma 13 dekabrda UFC 335-də baş tutacaq. 15 noyabrda isə UFC 334-də titul uğrunda Siril Qan və Con Hokit döyüşəcək. Aleksandr Volkov hazırda UFC-nin ağır çəki reytinqində ikinci pilləyə yüksəlib və bu siyahıda Pavloviçlə Pereyranı geridə qoyub. Bundan əlavə, Pyotr Yan P4P reytinqində ilk üçlüyə daxil olub.