UFC-nin sabiq çempionu Henri Sejudo İslam Maxaçevin UFC 336-da Karlos Prateslə döyüşməkdən imtina etməsinə münasibət bildirib. Sejudo hesab edir ki, Maxaçevin mövqeyi haqlıdır və çempion kimi ən güclü rəqiblə qarşılaşmaq istəyi başadüşüləndir.

Offsideplus.az xəbər verir ki, Sejudo bu barədə belə deyib: "İslam Maxaçev bu məsələdə tamamilə haqlıdır. Mən də eyni şeyi düşünürdüm. Onun yerində olsaydım, soruşardım: 'Niyə bu iddiaçılar bir-biri ilə döyüşmürlər? Mənə onların ən güclüsünü verin'. O, bunu daha əvvəl də mətbuat konfranslarında qeyd etmişdi. Yəni İslam əvvəldən bu barədə düşünürdü. Çempion olanda istəyirsən ki, iddiaçılar öz aralarında güclərini sınasınlar. Məncə, bu variant daha maraqlıdır – beləliklə, Maxaçevə layiq rəqibin kim olduğunu görə biləcəyik."

Qeyd edək ki, 30 yanvarda Karlos Prates və Maykl Morales UFC 336-da yarımorta çəki dərəcəsində müvəqqəti kəmər uğrunda döyüşəcək. Karlos Prates isə bildirib ki, Maxaçevin irsini dağıtmağa hazırdır: "Bu, məni daha da böyük edəcək."