İspaniya La Liqasının 10-cu turunda keçirilən "Barselona" – "Real Madrid" oyununda azarkeşlər arasında təhqiramiz şüarlar səsləndirilib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində "Barselona" azarkeşləri təxminən 10 saniyə ərzində rəqib futbolçuya qarşı təhqiredici ifadələr səsləndirib. 17-ci və 82-ci dəqiqələrdə isə onlar Mark Kukurelyaya qarşı nalayiq ifadələr işlədib. 23-cü dəqiqədə meydan sahiblərinin fanatları "Puta Real Madrid" şüarını səsləndirib. 27-ci dəqiqədə isə "Madridista – ..." ifadəsi ilə yenidən təhqiramiz şüarlar səsləndirilib. 56-cı dəqiqədə "Barselona" azarkeşləri rəqib futbolçu meydanda olarkən "Üstünə çıx, üstünə çıx" deyə qışqırıb. Oyun ərzində bir neçə dəfə "Madridista – ..." ifadəsi də işlədilib.
87-ci dəqiqədə isə "Barselona" azarkeşləri "Real Madrid" futbolçularına müxtəlif əşyalar atıb və Edouardo Kamavinganı bayraq dirəkləri ilə bir neçə dəfə vurub. Qeyd olunur ki, bu cür davranış yalnız stadionun 20-24-cü sektorlarında müşahidə edilib, digər azarkeşlər isə qaydalara uyğun davranıb.
"Real Madrid" azarkeşləri isə yeddi dəfə "Puta Barça" şüarını səsləndirib.
La Liqa baş verənlərlə bağlı dövlətin idmanda zorakılıq, irqçilik və dözümsüzlüklə mübarizə komissiyasına, həmçinin İspaniya Futbol Federasiyasının yarışların təşkili komitəsinə şikayət ünvanlayıb.


