Almaniya millisinin və "Real Madrid"in sabiq yarımmüdafiəçisi Toni Kroos "Qızıl Top"un təqdimat mərasiminin nəticələri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kroos ötən mövsümün ən yaxşı futbolçusu seçilən "Bayern Münhen"in hücumçusu Harri Keynin uğurunu şərh edib.
O bildirib ki, heç kim bütün mümkün titulları qazana bilməyib və dünya çempionatı olan illərdə səsvermə fərqli keçir:
"Dünya çempionatı xüsusi əhəmiyyət kəsb edir. Yalnız bu mövsümü nəzərə alsaq, mən Kvaraçxeliyanı seçərdim. Məncə, o, Avropanın ən yaxşı komandasının ən yaxşı oyunçusu idi. Altıncı yeri tutması göstərir ki, dünya çempionatı olmasaydı, onun mükafatı qazanmaq üçün çox yaxşı şansı olardı. Çünki ondan yuxarıda olanların hamısı mundialda parlaq çıxış edib. Dünya çempionatı olmasaydı, Mbappe ilk beşliyə düşməzdi. Lamini Yamal üçün də dünya çempionu olmadan ilk beşliyə düşmək asan olmazdı".


