"Qarabağ" futbol klubu müdafiəçisi Abbas Hüseynovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2017-ci ildən "Qarabağ"da çıxış edən təcrübəli futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, A. Hüseynov "Qarabağ"ın heyətində 182 oyunda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

O, 7 dəfə Azərbaycan çempionluğu yaşayıb, 2 dəfə isə ölkə kubokunun sahibi olub.