"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun U-19 komandası ilə üz-üzə gələcək.
"Azərsun Arena"da keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.


