İsrael Adesanya Aleks Pereyra ilə bağlı növbəti dəfə sərt açıqlama verib. Keçmiş UFC orta çəki çempionu hesab edir ki, braziliyalı döyüşçü hələ qarşılaşma başlamamış təslim olmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Pereyra dekabrın 12-də UFC 335-də ağır çəkidə Sergey Pavloviçlə döyüşəcək. Adesanya isə rəqibinin artıq məğlubiyyət ehtimalını dilə gətirib yenidən yüngül ağır çəkiyə qayıtmaq planlarından danışmasını tənqid edib. "Mən başa düşmürəm, niyə bu döyüşə çıxır. Artıq Pereyranın belə bir açıqlamasını gördüm ki, əgər Pavloviçə uduzsa, 205 funt çəkiyə qayıdacaq. Mən bunu bəyənmirəm. Nə deməkdir, 'əgər uduzsam'?" – deyə Adesanya bildirib.
O əlavə edib ki, Pereyra bu cür ehtiyat planları ilə özünə zərər vurur və diqqətini əsas məqsədinə yönəltməlidir. "Bütün bu boş söhbətləri yığışdırıb, öz işini görsün. Son döyüşündə Siril Qanla qarşılaşandan sonra 205 funtda qalmalı idi. O, 185 funt üçün böyük idmançıdır. Çəki salmaq barədə heç kim danışmırdı, ta ki, mən onu nokauta salana qədər" – deyə Adesanya vurğulayıb.
Qeyd edək ki, Aleks Pereyra və Sergey Pavloviç arasında döyüş dekabrın 12-də Las Veqasda, T-Mobile Arenada baş tutacaq.


