“Real Madrid”in müdafiəçisi Dani Karvaxal Kriştiano Ronaldonun karyerası, intizamı və meydandakı keyfiyyətləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, portuqaliyalı ulduzun 1000 qol həddinə çatacağına əmin olduğunu bildirib:

“Kriştiano Ronaldo? O, mütləq 1000 qola çatacaq. Buna layiqdir. O, intizamın və əzmkarlığın təcəssümüdür.

İnsanlar onu daha çox karyerasının son illərindəki çıxışları ilə xatırlamağa meyillidirlər. Xüsusilə Kriştianonu “Real Madrid”də görməyənlər onun oyunlarına baxmalıdırlar. O, inanılmaz idi.

Xüsusilə də soyunub-geyinmə otağında. Çempionlar Liqasının vacib oyunlarından birində mənə deyirdi: “Bax, ora çatanda topu istənilən yerə ötür, mən orada olacağam”. Sən də düşünürdün: “Aman Allah, mən hər kəsin öhdəsindən gələ bilərəm, hər dəfə topu sənə ötürəcəyəm” (gülür).