“Monako”nun hücumçusu Ansu Fati bud əzələsindən aldığı zədə səbəbindən təxminən 6 həftə oynaya bilməyəcək.
Offsideplus.az xəbər verir ki ispaniyalı futbolçu bununla mövsümdə ikinci dəfə zədələnib. O, daha əvvəl mövsümöncəsi hazırlıq dövründə baldır əzələsində problem yaşamışdı.
Bu zədə karyerasını yenidən yoluna qoymağa və sabit çıxış etməyə çalışan Fati üçün növbəti uğursuzluqdur.


