"Sabah" FIBA Çempionlar Liqasının A qrupunda 3-cü tur oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Lazar Spasiçin baş məşqçisi olduğu komanda Fransanın "Nanter 92" klubunu qəbul edib.
Milli Gimnastika Arenasında keçirilən gərgin qarşılaşma təmsilçimizin 87:80 hesablı qələbəsi ilə başa çatıb.
Bu, cari mövsüm Azərbaycan klublarının avrokuboklarda ilk qələbəsi olub.
Çempionlar Liqası, A qrupu (3-cü tur):
"Sabah" (Azərbaycan) – "Nanter 92" (Fransa) - 87:80 (23:21, 26:19, 20:22, 18:18)


