Qazaxıstanın paytaxtı Astanada keçirilən dunya çempionatında Azərbaycanın qadın güləşçiləri Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) 1/8 finalda məğlub olublar.
Offsideplus.az xəbər verir ki, rəqibləri finala yüksələrsə, təmsilçilərimiz təsəlliverici görüşlərə qatılacaqlar.
Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ikinci təsəlliverici matçda uduzaraq bürünc medal şansını boşa verib. Bu gün isə Nihat Məmmədli (63 kq) finalda ermənistanlı Karen Aslanyanla qızıl, Həsrət Cəfərov (67 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, noyabrın 1-dək davam edəcək yarışda daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) çempion olublar.


