Türkiyənin Alanya şəhərində təşkil olunan çimərlik futbolu üzrə Klublararası Dünya Çempionatında ("World Winners’ Cup Alanya 2026") mübarizə aparan Azərbaycan təmsilçisi "Marafon" bu gün qrup mərhələsində növbəti matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, komandamız Bolqarıstanın "Spartak" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:15-də başlayacaq.
Qeyd edək ki, "Marafon" turnirdəki ilk iki görüşündə məğlubiyyətlə üzləşib. Təmsilçimiz start matçında Çinin "TMS FC" kollektivinə (2:4), ardından isə Ukraynanın "Sunrise Kyiv" klubuna (6:8) uduzub.


