"Real Madrid" rəhbərliyi transfer çalışmalarına davam edəcək.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun rəhbərlikdən yarımmüdafiəçi transferi tələb etdiyi bildirilir.

Klubun “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etməkdə ciddi maraqlı olduğu qeyd edilib.

Argentina millisinin üzvü Madrid klubunun yarımmüdafiə xətti üçün əsas transfer hədəflərindən biri hesab olunur.

Məlumata görə, Joze Mourinyo da futbolçunun transferində şəxsən maraqlıdır.