"Sabahın Ulduzları" Bakı Kubokunda U-14 yaş qrupunda yarımfinal oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, ilk matçda "Qarabağ" "Ulduz"u penaltilər seriyasında 5:4 (əsas və əlavə vaxt – 0:0) hesabı ilə üstələyərək finala yüksəlib.

İkinci qarşılaşmada isə "Sabah" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edərək həlledici mərhələyə adlayıb.

Nəticədə finalda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər. Həlledici matçın sentyabrın 27-də keçirilməsi nəzərdə tutulsa da, Formula 1 yarışı ilə əlaqədar tarixdə dəyişiklik gözlənilir.

Qeyd edək ki, bu gün U-15 yaş qrupunda da yarımfinal oyunları baş tutacaq: "Neftçi" – EFA və "Ulduz" – "Qarabağ".