UFC Vegas 124 turniri maraqlı dəyişikliklərlə yadda qalacaq.

Offsideplus.az xəbər verir ki,  turnirin əsas qarşılaşmasında son anda dəyişiklik baş verib. Şon Bredi ilə Qabriel Bonfim arasında planlaşdırılan döyüş baş tutmayacaq. Bunun əvəzinə UFC ağır çəki döyüşçüləri Conni Uolker və Valdo Kortes-Akosta qəfəsə çıxacaq.

Həftənin digər diqqətçəkən qarşılaşması qadınlar arasında keçiriləcək. Tatiana Suares və Virna Jandiroba arasında baş tutacaq döyüşdə qalib gələn idmançı titul şansını əldə edəcək. Turnirin əsas kartında maraqlı qarşılaşmalar və sürpriz nəticələr gözlənilir.