Kriştianu Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı hücumçu 20 ildən artıq davam edən milli komanda karyerasına son qoymaq qərarına gəlib.
Paylaşımda ulduz futbolçunun “Portuqaliya hər zaman mənimlə olacaq” sözləri yer alıb.
Qeyd edək ki, Ronaldu Portuqaliya millisinin tarixində ən çox oyun keçirən və qol vuran futbolçudur. O, yığmanın heyətində 234 matçda 146 qola imza atıb. Təcrübəli hücumçu Portuqaliya ilə 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi olub.


