“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu UEFA Millətlər Liqasının C divizionu çərçivəsində noyabrın 13-də Qazaxıstan, noyabrın 16-da isə Farer adaları ilə keçiriləcək oyunlarda iştirak edə bilər.

Qeyd edək ki, Moldova millisi hazırda qrupda 4 xalla 3-cü pillədə qərarlaşıb. Viktor Stina yığmanın heyətində indiyədək 34 oyun keçirib və 4 qol vurub.