Misli Premyer Liqasında XI turun oyunları xüsusi adla keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) çempionatın növbəti turunu "Zəfər turu" elan edib.
Qurum bu qərarı Vətən müharibəsində qazanılan şanlı qələbənin 6-cı ildönümü münasibətilə qəbul edib.
Qərara əsasən, turun bütün qarşılaşmalarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.
Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun matçları noyabrın 6-dan 8-dək baş tutacaq.


