"Sabah" bu gecə Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" Norveçdə "Vikinq"in qonağı olacaq.
Görüş Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.
Turnir cədvəlində "Sabah 3 xalla 25-ci yerdədir. 1 xalı olan "Vikinq" isə 33-cü yerdədir.
Çempionlar Liqası, Liqa mərhələsi 4-ci tur
00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan)
Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy (hamısı Niderland)
VAR: Jeroen Maşkot (Niderland)
AVAR: Jerom Brisard (Fransa)
"Viking Stadium".


