"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş Çempionlar Liqasında "Roma"ya qarşı 3:2 hesablı qələbənin vacibliyini vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Fernandeş bu nəticə ilə komandanın 9 oyunluq qələbəsiz seriyasına son qoyduqlarını bildirib. "Heç kimin işini xilas etməyə ehtiyacımız yoxdur. Bu qələbə klub üçün vacib idi. Oyunçular üçün də, məşqçilər üçün də bu nəticə gərəkli idi. Çətin vəziyyətdən çıxmaq üçün birlikdə çox çalışırıq. Asan olmadı. Mətbuatda çoxlu şayiələr yayıldı. Klubda baş verənlərlə bağlı, xüsusilə mənim və baş məşqçi ilə guya aramızda olan söhbət barədə çox yalan danışıldı. Belə bir şey olmayıb", – deyə Fernandeş qeyd edib.


