"Bavariya Münhen" bu mövsüm indiyədək heç bir oyunda məğlub olmayıb.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi bu gün Çempionlar Liqasının 4-cü turunda səfərdə "Atletiko"nu 2:0 hesabı ilə məğlub edib. Vensan Kompani rəhbərliyi altında komanda bütün turnirlərdə 10 qələbə qazanıb və 5 dəfə heç-heçə oynayıb.
Çempionlar Liqasında 4 oyundan sonra "Bavariya Münhen" 8 xal toplayıb və hazırda ümumi mərhələnin cədvəlində 8-ci pillədə qərarlaşıb. Bundesliqada isə Münhen klubu ən yaxşı top fərqinə görə "Borussiya Dortmund"u qabaqlayaraq liderliyini qoruyur.
Növbəti oyun 7 noyabr şənbə günü "Bavariya Münhen" və "Maynts" arasında keçiriləcək.


