Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, turnirin III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Maritsa"nın qonağı olan Azərbaycan çempionu səfərdən quru hesablı qələbə ilə ayrılıb. Görüş komandamızın 3:0 (25:22, 25:22, 25:20) üstünlüyü ilə yekunlaşıb.

Tərəflər arasında mərhələnin cavab görüşü noyabrın 10-da təşkil olunacaq.

Qeyd edək ki, "Turan" Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya "Mladost"unu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırmışdı (3:0, 3:2).