Artem Lobov keçmiş dostu və məşq yoldaşı Konor Makqreqorun ona və ailəsinə qarşı təhlükəli addımlar atdığını iddia edib.
Offsideplus.az xəbər verir ki, Lobov sosial şəbəkədə paylaşımında Makqreqorun onun avtomobilini yandırmaq və 60 yaşlı anasına çəkiclə hədə-qorxu gəlmək üçün adamlar göndərdiyini bildirib. "Konor məni SBG zalında gözləyirdi? Mən illərdir hər həftə orada idim, amma onu heç vaxt görmədim. O, sosial şəbəkədə mənim haqqımda yazır, maşınımı yandırmaq və anama hədə-qorxu gəlmək üçün adamlar göndərir, amma bir dəfə də olsun birbaşa zəng etməyə cəsarət etmədi. Mən Konora əsl döyüşçü olmağı öyrətmişəm. O, mənə səhər saat 4-də döyüş təklif edirdi – bu, narkomanların vaxtıdır. Mən isə həmin vaxt evdə uşaqlarımla yatırdım. Təbii ki, bunlar yalnız mənim ehtimallarımdır", – deyə Lobov qeyd edib.
Lobov əlavə edib ki, Xabib Nurmaqomedovla olan münaqişənin də məhz Makqreqor səbəbindən baş verdiyini vurğulayıb.


