UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Sabah"la qarşılaşacaq Norveçin "Vikinq" klubunun baş məşqçisi Byarte Lunde Aarsheym oyun öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, norveçli mütəxəssis mətbuat konfransında doğma azarkeşlərin dəstəyinə arxalandıqlarını vurğulayıb:

"Öz meydanımızda oynayacağıq və bizi 'Sabah'a qarşı çox maraqlı, gərgin mübarizə gözləyir. Stadionumuzda azarkeşlərimizin yaradacağı atmosfer ən böyük güc mənbəyimiz olacaq. Komandada əhval-ruhiyyə yüksəkdir, zədəli futbolçularımız da tədricən sıraya qayıdır. İnanırıq ki, bu matçda 3 xalı qazanan tərəf biz olacağıq".

Aarsheym "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas haqqında da maraqlı faktlar bildiyini əlavə edib:

"Rəqib baş məşqçinin qeyri-adi həyat hekayəsi diqqətimi çəkdi. Dambrauskas zamanında bir yarışmada qazandığı pulu məşqçilik təhsilinə yatıraraq bu pilləyə qədər ucalıb. Bu, həqiqətən də təqdirəlayiq və maraqlı hadisədir".

Qeyd edək ki, "Vikinq" – "Sabah" görüşü noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.