"Qarabağ" Misli Premyer Liqasında 11 ildən sonra ilk dəfə ardıcıl üç oyunda heç-heçə edib.
Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" (3:3), "Sabah" (0:0) və "Qəbələ" (0:0) ilə matçlarda xalları bölüşən Ağdam təmsilçisi analoji seriya ilə sonuncu dəfə 2015/2016 mövsümündə üzləşmişdi.
Onlar 2015-ci ilin dekabrında sırası ilə "Zirə" (0:0), "Sumqayıt" (2:2) və "Qəbələ" (1:1) ilə heç-heçə oynamışdı.
Qeyd edək ki, carı mövsümdə analoji 3 matçlıq heç-heçə seriyası daha əvvəl "Neftçi"də də qeydə alınıb.


