"Barselona" klubunun transfer etmək istədiyi ulduz futbolçu hazırkı klubunun yeni müqavilə təklifini rədd edib.

Offsideplus.az xəbər verir ki, "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoninin gələcəyi ilə bağlı diqqətçəkən transfer gəlişməsi yaşanıb. İtaliya mətbuatı və Mundo Deportivonun verdiyi məlumata görə, Milan təmsilçisi futbolçuya yeni müqavilə təklif etsə də, Bastoninin düşərgəsi bu şərtləri yetersiz (qeyri-kafi) hesab edərək geri çevirib.  

​"İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədər olan 27 yaşlı müdafiəçi Kataloniya klubuna keçməyə müsbət baxır.  

​Bastoni "Barselona"ya keçməzdən öncə baş məşqçi Hansi Flik ilə şəxsən həmsöhbət olmaq niyyətindədir. İtaliyalı futbolçu alman mütəxəssisin oyun sistemindəki rolunu və onun həqiqətən komanda üçün prioritet olub-olmadığını öyrənmək istəyir.

​"İnter" rəhbərliyinin ulduz müdafiəçini buraxmaq üçün təxminən 70 milyon avro təzminat tələb etdiyi bildirilir.  

​"Barselona"nın idman direktoru Dekonun oyunçunun nümayəndələri ilə təmasda olduğu, lakin yekun qərarın Fliklə aparılacaq danışıqlardan asılı olacağı vurğulanır.