İtaliyanın "İnter" klubu hücum xəttini gücləndirmək məqsədilə "Liverpul"un cinah oyunçusu Federiko Kyezanın transferini nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, İtaliya millisinin üzvü təcrübəsi, universallığı və hücumun müxtəlif mövqelərində oynaya bilmək bacarığı ilə yüksək qiymətləndirilir.

"İnter" rəhbərliyi digər transfer hədəfləri ilə müqayisədə Kyezanı daha sərfəli və əlçatan variant hesab edir.

Hələlik tərəflər arasında hər hansı bir razılaşma əldə olunmasa da, danışıqların gedişatı diqqətlə izlənilir.