"Komo"nun hücumameyilli yarımmüdafiəçisi Niko Pas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. .
Offsideplus.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 20 yaşlı oyunçunu Bruno Fernandesin potensial əvəzləyicisi kimi görür. Mançester təmsilçisinin yanvar transfer pəncərəsində İtaliya klubuna rəsmi təklif göndərə biləcəyi bildirilir.
Qeyd olunur ki, "Real"ın müqavilədə 80 milyon avro qarşılığında futbolçunu geri almaq hüququ var.
Niko Pas cari mövsümdə "Komo"nun heyətində bütün turnirlərdə 12 matça çıxaraq 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


