Norveçdə keçiriləcək "Vikinq" - "Sabah" matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində tutuşacaq komandaların oyununda Niderlanddan olan ədalət təmsilçiləri iş başında olacaq.
Qarşılaşmanın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətlərdə Rens Bluemink və Stefan de Qrot köməklik edəcəklər. Dördüncü hakim funksiyası isə Coui Koya həvalə olunub.
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


