UFC-də çıxış edən Yana Santos UFC Fight Night 292 turnirində Luana Santosa qarşı döyüşdə hakimlərin qərarından narazılığını bildirib.
Offsideplus.az xəbər verir ki, Santos sosial şəbəkədə paylaşım edərək bu fikirləri qeyd edib: "Görünür, qucaqlaşmaq MMA-da qələbə qazanmaq üçün yeni strategiyadır. Rəqibi tut, heç nə etmə, zərbələr al və sonda sənin əlini qaldırsınlar. Bu, utancverici hakim qərarı idi, amma mən həmin döyüşdə nə etdiyimi yaxşı bilirəm. Özümü məğlub olmuş hesab etmirəm. Nə varsa, odur. Həyat davam edir".
Qeyd edək ki, Luana Santos bu qarşılaşmada Yana Santos üzərində hakimlərin yekdil qərarı ilə (29-28, 29-28, 29-28) qələbə qazanıb.


