Azərbaycanın sərbəst güləş millisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının son günündə bir medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Ali Tsokayev (92 kq) debüt etdiyi mundialda bürünc medala sahib çıxıb.
O, 3-cü yer uğrunda görüşdə iranlı Amirhüseyn Firuzpurbandbeyə 6:0 hesabı ilə qalib gələrək fəxri kürsüyə qalxıb.
Digər təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) Abubakar Mutaliyevə (2:6), Turan Bayramov (74 kq) Yoşinosuke Aoyagiyə (0:11), Cəbrayıl Hacıyev (79 kq) isə Maqamedxabib Kadimaqomedova (0:3) uduzaraq bürünc medalın bir addımlığında dayanıblar.
Beləliklə, sərbəst güləşçilərimiz mundialı 1 gümüş və 2 bürünc medalla başa vurublar.


