​“Beşiktaş” yanvar transfer pəncərəsində 10 milyon avroluq transfer həmləsi edəcək.

Offsideplus.az xəbər verir ki, rəhbərlik “Nyukasl Yunayted”in 27 yaşlı ingilis yarımmüdafiəçisi Dzo Uilloku İstanbul təmsilçisinə qazandırmaq niyyətindədir. Türkiyə nəhəngi transfer pəncərəsi açılan kimi İngiltərə klubuna təxminən 10 milyon avro dəyərində rəsmi təklif təqdim etməyə hazırlaşır.

​Türkiyə mediasında yayılan xəbərlərə görə, “Beşiktaş” Uillokun nümayəndələri ilə şəxsi şərtlər üzrə ilkin anlaşma əldə edib.

​İstanbul klubu yay transfer pəncərəsində də ingilis futbolçu üçün cəhd göstərmiş, lakin “Nyukasl Yunayted”in daha yüksek kompensasiya tələb etməsi səbəbindən keçid reallaşmamışdı.

​Müqaviləsinin son dövrünə daxil olan Uillok üçün “Nyukasl Yunayted” rəhbərliyi yanvarda təklifi dəyərləndirmək və ya futbolçu ilə yeni müqavilə imzalamaq arasında seçim etməli olacaq.