Baş məşqçi Luçano Spalletti "Yuventus"un A Seriyasının 10-cu turunda "Napoli" üzərində qazandığı 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Spalletti bu uğurun tamamilə komandanın əməyi olduğunu bildirib: "Bu axşam bütün zəhmət komandaya məxsusdur. Onlar özlərinə güvənərək ilk addımı atdılar, irəli getməyi və pozitiv düşünməyi bacardılar. İkinci hissədə bəzi dəyişikliklərdən sonra hər şey alındı. Qələbəni tamamilə haqq etdilər və bir qədər də olsa, itirdikləri inamı qaytardılar. Oyunçular hər cür tərifə layiqdir. Hazırda dəqiq sxemimiz yoxdur, çünki bu axşam Makkenniyə əvəzləmə etməli oldum, Sarr yüksək temperatur səbəbindən oynaya bilmədi, bütün dəyişikliklər məcburi idi və cümə axşamı yenidən meydana çıxacağıq".

Azarkeşlərin etirazları barədə danışan Spalletti əlavə edib: "Biz eyni ruhda davam etməliyik. Bu vəziyyəti aşmalıyıq, sonra azarkeşlər nə istəyirlərsə, danışa bilərlər. Hazırda tribunalarla birlikdə birləşməli və mübarizə aparmalıyıq. Deyə bilərlər ki, Spalletti heç nəyə yaramır, hansısa oyunçu faydasızdır, hamıdan qurtulmaq lazımdır, amma indi birliyə ehtiyacımız var və stadion yenidən qalaya çevrilməlidir. Azarkeşlərə ehtiyacımız var, onları sevindirməsək belə, bizə dəstək olan və bizimlə qalan hər kəsə təşəkkür edirik".