Misli Premyer Liqasında X turunda bu gün "Kəpəz" "İmişli"ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi son 6 oyundur məğlubiyyətin nə olduğunu bilinmir.

"İmişli" isə Ervins Perkonsun rəhbərliyi altında son iki qarşılaşmada qələbə qazanmağı bacarıb.

"Kəpəz" 14 xalla 6-cı yerdədir. "İmişli" isə 10 xalla 8-cidir.

MPL, X tur

1 noyabr (bazar)

17:30. "Kəpəz" – "İmişli"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Gəncə şəhər stadionu.