Almaniya Bundesliqasının VIII turunda Münxenin “Bavariya” və Dortmundun “Borussiya” komandaları qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Münxendə baş tutan görüşdə hesabı 38-ci dəqiqədə “Bavariya”nın futbolçusu Konrad Laymer açıb. Komandanın digər qolunu 66-cı dəqiqədə Dayo Upamekano vurub.

Dortmund “Borussiya”sının heyətində isə Seru Qirassi (60-cı dəqiqə) və Fabio Silva (89-cu dəqiqə) fərqləniblər.