“Bayern Münhen”in baş məşqçisi Vensan Kompaninin klubun məşq bazasında yıxıldıqdan sonra çiyninin çıxdığı bildirilir.
Offsideplus.az xəbər verir ki, həkimlər onda infarkt və insult ehtimalını istisna ediblər. Bununla belə, baş məşqçinin huşunu itirməsinin səbəbi araşdırılır. Onun qıcolma keçirdiyi də bildirilir.
Hazırda xəstəxanada müalicə alan Kompaninin bir neçə həftə işindən kənarda qalacağı gözlənilir.


