AFFA İntizam Komitəsinin qərarı ilə “Neftçi”nin müdafiəçisi İqor Ribeyro iki oyunluq cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının IX turunda “Turan Tovuz”la matçda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan braziliyalı futbolçunun bu hərəkətinə görə “Neftçi” 1000 manat cərimələnib.
Eyni zamanda, limitdən artıq sarı vərəqə alan “Araz-Naxçıvan”, “Qəbələ” və “Şamaxı” klublarının hər biri 700 manat, elektron protokolu gec təsdiqləyən “Şəfa” isə 1500 manat cəriməyə məruz qalıb.


