Keçmiş "Liverpul" müdafiəçisi Ceymi Karrager Trent Aleksander-Arnoldun yenidən İngiltərə klubuna dönməsini arzuladığını bildirib.

Offsideplus.az xəbər verir ki, Karrager bununla bağlı fikirlərini belə ifadə edib: "Mən onu istənilən halda geri qaytarardım. Düşünürəm ki, o, səhv etdi. Hətta böyük bir səhv etdi və klubu tərk etməməli idi. Əgər bu, gələcəkdə "Liverpul" üçün xeyirli olacaqsa... Bizim sağ cinah müdafiəçisi mövqeyində problemimiz var. Ronni (Ronald Arauxo) əla oyunçudur, amma cinah müdafiəçilərinin ötürmələrində problem yaşayırıq. Bizə açıq-aşkar kreativlik çatışmır. Hazırda Trent "Real Madrid"də faktiki olaraq üçüncü sağ müdafiəçidir. Onlar yarımmüdafiəçini sağ müdafiəçi mövqeyində oynadırlar və hətta bazar günü keçirilən klassikoda əsas sağ müdafiəçi sayılan Denzel Damfris əvəzetmədən meydana daxil oldu. Əgər sən klubda öz mövqeyində üçüncü seçimə çevrilmisənsə, təbii olaraq səndən irəli getməyini istəyirlər".