Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi C Divizionunun 1/16 finalında Çiliyə 1:3 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, Hövsan Yarış Kompleksində keçirilən matçdan sonra yığmamız növbəti rəqibi də müəyyənləşib.
Kollektivimiz bu gün saat 18:15-də Cəbəllütariq seçməsi ilə üz-üzə gələcək. Rəqib 1/16 finalda Belarusa məğlub olub (0:6).
Qeyd edək ki, turnirə oktyabrın 31-də yekun vurulacaq.


