Konor Makqreqorun məşqçisi Con Kavana idmançının dizindən aldığı zədəyə görə karyerasını başa vuracağına inanmır. Onun sözlərinə görə, Makqreqor hazırda bərpa prosesinə ciddi yanaşır və idmandan tamamilə uzaqlaşmaq fikrində deyil.
Offsideplus.az xəbər verir ki, Kavana bu barədə belə danışıb: "O, hazırda terapiya və bərpa işləri ilə çox fəal məşğuldur. Məncə, Konor hələ idman karyerasına nöqtə qoymayıb. Gələcəkdə nələrin baş verəcəyini dəqiq bilmirəm, amma düşünürəm ki, bu, son deyil. Yenidən döyüş forması yığmaq və qəfəsə qayıtmaq mümkündürsə, bunu yalnız o bacarar. Fikrimcə, Makqreqor MMA məşqlərinə ən tez gələn il qayıda bilər". Qeyd edək ki, Makqreqor 12 iyul tarixində UFC 329 turnirində Maks Holloueyə qarşı döyüşdə dizindən zədə alıb. Məşqçi əlavə edib ki, "konspirasiya nəzəriyyəçiləri üçün deyirəm – Konor Holloueylə döyüşə tam sağlam çıxmışdı və 100 faiz hazır idi".


