“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik və komandanın kapitanı Brunu Fernandeş aralarındakı narazılığı aradan qaldırmaq üçün təkbətək görüş keçiriblər.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında “Komo”ya 1:4 hesablı məğlubiyyətdən sonra taktikaya görə məşqçilər korpusunu tənqid edən portuqaliyalı yarımmüdafiəçi bazada Kerrik ilə bir araya gələrək vəziyyəti düzəltməyə hazır olduğunu bildirib.

Görüşdən sonra bütün heyətin iştirakı ilə iclas təşkil olunub və komandanın potensialından aşağı çıxış etdiyi qəbul olunaraq dərhal dönüş etmək qərarına gəlinib.

Qeyd edək ki, 8 matçdan 7 xal toplayaraq Premyer Liqada 16-cı pillədə qərarlaşan "qırmızı şeytanlar"ın kapitanı oktyabrın 31-də “Çelsi”yə qarşı keçiriləcək 9-cu tur oyununda meydanda ola biləcək.