"Olimpiakos"un mərkəz oyunçusu Nikola Milutinov İstanbulda "Beşiktaş"a qarşı keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, serbiyalı basketbolçu sağ ayağının ikinci barmağında narahatlıq səbəbindən heyətdən kənarda qalıb və yaxın günlərdə tibbi müayinədən keçəcək. Milutinov bu mövsüm EuroLeague-də 4 oyunda orta hesabla 4,8 xal və 7,8 ribaundla yadda qalıb.
Komandanın digər oyunçuları Jan Montero, Evan Furnye və Tayler Dorsi də səfər heyətində yer almayacaq. Yeni transfer Con Konçar isə Yunanıstana çatdıqdan sonra tibbi baxışdan keçəcək və hələlik qeydiyyata alınmayıb.
EuroLeague rəhbərliyi qarşıdakı oyunlar öncəsi bütün klubların zədə və itkilərlə bağlı rəsmi məlumatını açıqlayıb.


