Fransa millisinin və "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Samir Nasri Harri Keynin "Qızıl top" mükafatına layiq görülməsi ilə razılaşmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, Nasri bu barədə Les Affranchis verilişində danışıb. "Tamamilə razı deyiləm. Bu qərar nəyə əsaslanır? Yalnız vurduğu qollara görə? O, Bundesliqanın ən yaxşı oyunçusu deyil. Ən yaxşısı Olisedir. Hətta dünya çempionatında İngiltərə millisində də ən yaxşı deyildi. Bəs bu qərar nəyə əsaslanır? Qol vurmasına görə? Meydanın dərinliyində oynadığına görə? O, sadəcə hücumçu deyil, müasir forvarddır. Harri Keynə sonsuz hörmətim var, amma onun karyerasında yaddaqalan mövsüm olubmu? Klubunun ən vacib oyununda, Çempionlar Liqasının yarımfinalında ["PSJ"yə qarşı] gözə çarpmadı. Bəli, ilk oyunda əla çıxış etdi. Amma "Qızıl top"un meyarlarına görə birinci yerdə olmamalıdır. Bundesliqa və Almaniya Kubokundakı qələbələrin kifayət etdiyini bilmirdim", – deyə Nasri vurğulayıb.


