UFC döyüşçüsü Karlus Prates İslam Maxaçevin meneceri Əli Əbdül-Əzizin açıqlamasına münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, Əbdül-Əziz daha əvvəl qeyd etmişdi ki, Maxaçev idmana olan həvəsi üçün döyüşür. Prates isə bu fikirlərlə razılaşmayıb və sosial şəbəkədə belə yazıb:

"Əgər o, həqiqətən idmana həvəs üçün döyüşsəydi, yanvarda bir nömrəli iddiaçı ilə qarşılaşardı. Mən onun irsinə heç nə əlavə etməyəcəyəm, əksinə, onu dağıdacağam və bu, məni daha da böyük edəcək. Sözlərimi yadda saxlayın".

Qeyd edək ki, Maxaçev 30 yanvar tarixində UFC 336-da Prateslə döyüşməkdən imtina edib. İndi Prates Maykl Moraleslə müvəqqəti kəmər uğrunda qarşılaşacaq.