Fransalı futbol əfsanəsi Tyerri Anri “Qızıl top” mərasimində Lamin Yamal ilə dialoqu ətrafında yaranan mübahisəyə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Anri bildirib:

“Bir çox insanın “Qızıl top” mərasimində baş verənlər barədə danışdığını gördüm. Buna görə də bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Əslində, bu qədər səs-küyə səbəb olacaq bir şey yoxdur.

İlk növbədə, Lamin Yamalın qüruruna toxunmaq və ya eqosuna zərər vermək niyyətim qətiyyən olmayıb.

Onun bu mükafatı üçüncü dəfə qazandığını nəzərə alaraq, sadəcə, bunun həqiqətən də qazanmaq istədiyi mükafat olub-olmadığını soruşdum.

Bu sual zalda bir çox insanı güldürdü. Hamımız Laminin əslində hansı mükafatı qazanmaq istədiyini bilirik. Təəssüf ki, o, buna nail ola bilmədi.

Mən Lamin Yamalın böyük pərəstişkarıyam və onun qüruruna toxunmaq fikrim olmayıb. Bəzi insanların zarafatı bəyənmədiyini başa düşürəm, amma xahiş edirəm, məsələni başqa istiqamətə çəkməyin.

Lamin elə futbolçulardandır ki, onun oyununu izləmək üçün məmnuniyyətlə pul ödəyərəm. Onu çox sevirəm.

Sadəcə, bunun həqiqətən də onun qazanmaq istədiyi mükafat olub-olmadığını soruşdum. Çünki “Qızıl top”un mərasimin daha sonrakı hissəsində təqdim ediləcəyini bilirdim. Təəssüf ki, Lamin həmin mükafatı qazana bilmədi.

O, inanılmaz futbolçudur və onun oyununu izləməkdən böyük zövq alıram. Onun çıxışını izləmək üçün məmnuniyyətlə pul ödəyərəm”, – deyə Anri qeyd edib.