"Qolden Steyt Uorriors" rəhbərliyi Kristaps Porziņqisin komandanın heyətinə dönəcəyinə inanmır. Klub daxilində latviyalı mərkəz oyunçusunun yenidən meydana çıxacağına dair nikbinlik yoxdur.
Offsideplus.az xəbər verir ki, ESPN jurnalisti Entoni Sleyterin məlumatına görə, "Qolden Steyt" artıq mövsümə Porziņqissiz hazırlaşmağa başlayıb. Klub rəhbərliyi baş məşqçi Stiv Kerrə taktikanı və heyəti Porziņqisin iştirak etməyəcəyi şəkildə qurmağı tapşırıb. Bununla belə, Porziņqisin növbəti mövsüm üçün cəmi 3 milyon dollar təminatlı müqaviləsi komanda üçün mümkün transfer zamanı dəyərli aktiv hesab olunur.


