PSJ qış transfer pəncərəsində İbrahim Mazanı heyətinə qatmaqda maraqlıdır.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçu Paris təmsilçisində Xviça Kvaratsxeliyanın potensial əvəzləyicisi kimi nəzərdən keçirilir.

Bununla belə, “Bayer Leverkuzen” gənc oyunçunu komandada saxlamaq niyyətindədir. Almaniya klubu Mazaya maaş artımı təklif etməyi və onunla müqaviləni 2030-cu ilə qədər uzatmağı planlaşdırır.